Gəncənin Sevinc qəsəbəsində yol infrastrukturunun olmaması sakinlərin hərəkətini iflic edib.
Gencexeber.az-a qəsəbə sakinlərindən daxil olan şikayətə əsasən, dünən yağan yağış yaşayış massivində hərəkəti mümkünsüz edib. Bildirilib ki, xüsusilə 12-ci küçədə vəziyyət acınacaqlıdır.
Asfalt və kanalizasiya olmadığından ərazidə yol boyunca su axır, həmin yerdə böyük gölməçələr əmələ gəlib. Beləliklə, mağazaya getmək kimi ən sadə ehtiyacı ödəmək sakinlər üçün əsl sınağa çevrilir.