Gəncədə mərkəzi prospektlərindən birindəki qəzalı lük təmir edilib.
Məlumat verdiyimiz kimi, şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən kanalizasiya quyusunun qapağı qırılaraq içəri batmışdı, eyni zamanda lükün ətrafında dərin çökəklik əmələ gəlmişdi.
Gencexeber.az xəbər verir ki, sözügedən məsələ artıq həllini tapıb. Gəncə şəhər Sukanal İdarəsinin əməkdaşları əraziyə baxış keçirdikdən sonra kanalizasiya quyusunun yararsız qapağını yenisi ilə əvəz ediblər. Həmçinin həmin yer asfaltlanıb.