Gəncədə şəhərin mərkəzi prospektlərindən birindəki lük avtomobillər üçün təhlükə saçır.
Gencexeber.az-a bu barədə şəhər sakinləri məlumat veriblər.
Bildirilib ki, şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən kanalizasiya quyusunun qapağı içəri batıb, eyni zamanda lükün ətrafı da təmirsiz haldadır. Bu vəziyyət isə sürücülərə çətinlik yaradır. Maşınların təkəri lüka düşdüyü üçün, bir neçə sürücü həmin ərazidə qəzadan son anda qurtulub. Xüsusilə də hava qaralanda təhlükə artır, nəticədə də qəza qaçılmaz olur.
Şikayətçi sakinlər aidiyyəti qurumların problemi həll etməsini istəyir.