Gəncədən olan məktəblilər STEAM (science, technology, engineering, arts and mathematics) Azərbaycan Festivalında uğur əldə ediblər.
Gencexeber.az Gəncə STEAM Mərkəzinə istinadən məlumat verir ki, məktəblilərimiz festivalda bir neçə komandanın tərkibində mübarizə aparıblar.
Onlardan "Future İnnovators Senior" kateqoriyasında Aigro komandası və "Robomission Junior" kateqoriyasında Dragons komandası 3-cü yerə sahib çıxıblar.