Transfer çalışmalarını davam etdirən Gəncənin basketbol təmsilçisi ilk legioneri heyətinə cəlb edib.
Gencexeber.az “Gəncə” BK-ya istinadən xəbər verir ki, söhbət Vladislav Frolovdan gedir. Ötən mövsümü "Neftçi"də keçirən basketbolçu mərkəz oyunçusu mövqeyində çıxış edir.
26 yaşlı ukraynalı "Gəncə"nin heyətində 13 nömrəli formada çıxış edəcək. 202 santimetr boya malik Frolov ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.