Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ili üzrə Elmi Şuranın ilk iclası keçirilib.
Gencexeber.az təhsil ocağına istinadən məlumat verir ki, iclasda GDU əməkdaşlarının əməkhaqlarının 1 oktyabr 2024-cü il tarixindən etibarən 20% artırılması haqqında qərar qəbul edilib.
Xatırladaq ki, bir müddət öncə adıçəkilən universitetin müəllimi ilə bağlı rüşvət qalmaqalı yaşanıb. Belə ki, GDU-nun Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.