Gəncənin basketbol klubu heyətini gücləndirib.
Gencexeber.az "Gəncə" BK-ya istinadən məlumat verir ki, klub ABŞ-dən olan Barrel Romelo ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. 201 sm boya malik basketbolçu müdafiəçi mövqeyində çıxış edir. İdmançı 24 nömrəli sarı-göy formanı daşıyacaq.
Qeyd edək ki, Romelo son mövsümü Bolqarıstan çempionatında keçirib. 26 yaşlı basketbolçu Şərqi Avropa ölkəsində "Minyor 2015" klubunun şərəfini qoruyub.