Gəncədə bir nəfərin cansız bədəni tapılıb.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, 1 nəfər evdə bağlı qapı arxasında köməksiz qalıb. Bununla bağlı qurumun "112" qaynar telefon xəttinə müraciət daxil olub.
Əraziyə xilasetmə qüvvələri cəlb ediliblər. Mənzilin qapısı açıldıqda orada 1 nəfərin meyiti aşkarlanıb. Vətəndaşın cansız bədəni aidiyyəti üzrə təhvil verilib.