Gəncədə bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, insident şəhərin AKTA 6 adlanan yaşayış massivində qeydə alınıb. 1980-ci il təvəllüdlü Polad Rzayev qolunun kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə ilkin tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
44 yaşlı kişinin hansı səbəbdən bıçaqlı hücuma məruz qaldığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.