“Gəncə” klubunun Voleybol Akademiyasında təyinat olub.
Gencexeber.az voleybol klubuna istinadən məlumat verir ki, Akademiya belaruslu məşqçi Nadejda Rudakovskaya ilə anlaşıb.
Klubun prezidenti Elvar Osmanov belaruslu mütəxəssislə müqaviləyə imza atıb. O, Nadejda Rudakovskayaya komandanın formasını təqdim edib. Belaruslu mütəxəssis Akademiyanın yetirmələrinin suallarını cavablandırıb və onların məşqini izləyib.
Nadejda Rudakovskaya son olaraq Belarusda “Jemçujina Polesya” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbində məşqçi-müəllim vəzifəsində çalışıb. Onun yetirmələri hazırda Belarusun müxtəlif yaş qruplarından ibarət milli komandalarında və dünyanın bır sıra klublarında forma geyinir.