Şəmkirdə bir nəfər narkotikə görə saxlanılıb.
Gencexeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata əsasən, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş rayon sakini Roman Kərimov saxlanılıb. O, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinir.
Kərimovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman, satış məqsədi ilə əldə etdiyi 2 kiloqramdan çox marixuana və heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma davam edir.