Goranboyda beynəlxalq yarış təşkil olunacaq.
Gencexeber.az Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir ki, cüdo üzrə “Goranboy Cup” turniri üç gün davam edəcək. 9 ölkənin yeniyetmələrinin iştirak etdiyi yarış 4-6 oktyabr tarixlərində baş tutacaq.
Beynəlxalq turnir Goranboy Olimpiya İdman Kompleksinin Cüdo arenasında keçiriləcək.
Qeyd edək ki, azarkeşlik etmək istəyən hər bir şəxs yarışları izləməyə dəvətlidir.