Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin vaxtı açıqlanıb.
Gencexeber.az Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat verir ki, qurumun tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 arasında olan və vakant direktor vəzifəsi mövcud ümumi təhsil müəssisələri üçün direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.
İmtahan oktyabrın 6-da təşkil olunacaq. Qeydiyyatdan keçmiş və vəzifə tələblərinə uyğun olan namizədlərə imtahanın vaxtı barədə SMS vasitəsilə məlumat veriləcək.