AFFA İntizam Komitəsi II Liqa təmsilçisi "Göygöl" futbol klubunu cərimələyib.
Gencexeber.az bildirir ki, buna səbəb bölgə təmsilçisinin X turunda "Şəmkir"lə oyunda Təcili Tibbi Yardım avtomobilinin stadiona gec gəlməsi olub.
AFFA "Göygöl"ü 200 manat məbləğində cəzalandırıb.
Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma "Şəmkir"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.