Qərb bölgəsində yağışlı hava proqnozlaşdırılır.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Gəncə-Qazax iqtisadi rayonu ərazisində sentyabrın 22-si axşamadək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.
Bildirilib ki, çaylarda sululuğun artacağı, Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.