Bu gün, noyabrın 16-da futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının C Liqasının beşinci turu çərçivəsində Estoniya kollektivini qəbul edəcək.
Gencexeber.az məlumat verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyunun start fiti saat 18:00-da səsləndiriləcək. Bu görüş yığmamız üçün estonlarla səfər matçındakı uğursuzluqdan sonra böyük əhəmiyyət kəsb edir. Belə ki, millimizin xal qazanmadığı təqdirdə D Liqasına enmək ehtimalı güclənir.
Xatırladaq ki, Azərbaycan komandası səfər oyununda Estoniyaya 1:3 hesabı ilə məğlub olmuşdur. Seçməmiz hazırda 0 xalla qrupun sonuncu pilləsində qərarlaşıb.