Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Gencexeber.az-ın məlumatına görə, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu xəbər verib.
Bildirilib ki, təbii fəlakət hadisəsi Bakı vaxtı ilə saat 03:05-də, 19 kilometr dərinlikdə, 3.1 bal gücündə baş verib. Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, Azərbaycanda sonuncu zəlzələ sentyabrın 19-u, Xəzər dənizində qeydə alınıb.