Dünyada meymunçiçəyi virusu sürətlə yayılmağa davam edir. Bir müddət əvvəl Azərbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı xəbərlər verilmişdi. Ölkəmizdə bu virusa yoluxma ehtimalı olan kiminsə olub-olmaması təşviş doğuran məsələlərdən biridir.
Modern.az mövzu ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Azərbaycanda bu günə qədər meymunçiçəyinə şübhəli hallar qeydə alınmayıb:
“Belə hallar qeyd edildiyi təqdirdə Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi qaydalara əsasən həmin şəxslər test olunaraq laborator diaqnostika aparılacaq”.