Azərbaycan Texnologiya Universitetinin müəllimi ölüb.
Gencexeber.az-a verilən məlumata əsasən, universitetin Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının baş müəllimi Əli Zeynal oğlu Məmmədov dünyasını dəyişib.
Mərhum 1954-cü ildə 5 mayda Gəncə şəhərində anadan olub. Memarlıq və İnşaat Universitetində Memarlıq ixtisası üzrə ali təhsil alıb. Müxtəlif vəzifələrdə çalışan müəllim Gəncənin baş memarı kimi də fəaliyyət göstərib.
Allah rəhmət eləsin!