Tovuz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə turnir baş tutub.
Gencexeber.az Qazax-Tovuz Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, 7 turdan ibarət İsveçrə sistemi ilə keçirilən şahmat turnirində 70 məktəbli iştirak edib. Turnirdə iştirakçılar A və B qruplarına bölünüblər. Yarışın sonunda qaliblər Tovuz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin diplomları ilə təltif ediliblər.
Turnirdə Tovuz rayon İcra Hakimiyyətinin, Tovuz rayon təhsil sektorunun və Tovuz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin əməkdaşları iştirak ediblər.