Gəncədə iki nəfər axtarışa verilib.
Lеnt.аz-ın verdiyi məlumata əsasən, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. Səkinə İlqar qızı Quliyeva və oğlu Rəhman birgə evdən çıxaraq, bir daha geri qayıtmayıblar.
Faktla bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində araşdırma aparılır.