Şəmkirdə yanğın hadisəsi baş verib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, insident rayonun Düyərli kəndində qeydə alınıb. Umumi sahəsi 220 kvadrat metr olan kürsülü, birmərtəbəli 6 otaqlı evdə yanğın başlayıb. Tikilinin 120 kvadrat metr sahədə yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunublar. Alov söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə edilib.