Şəmkirdə bədbəxt hadisə baş verib.
Gencexeber.az məlumat verir ki, rayonun Zəyəm Cırdaxan kənd sakini 1970-ci il təvəllüdlü A.Nəbiyev kənd ərazisində dərəyə yıxılıb. 56 yaşlı kişi hadisə yerində ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.