top
28 oktyabr 2020: Vətən Müharibəsinin 32-ci günü
28 oktyabr 2024, 00:00
- ↺ +

28 oktyabr 2020: Vətən Müharibəsinin 32-ci günü

 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.

Bu gün tarixə haqq savaşımızın 32-ci günü kimi daxil olub.

Gencexeber.az məlumat verir ki, 28 oktyabr 2020-ci ildə müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib.

Həmçinin, 28 oktyabr 2020-ci ildə Ermənistan ordusu Bərdəni raket atəşinə tutub, 21 dinc sakin həlak olub, 70-ə yaxın şəxs yaralanıb.

Eləcə də, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, eləcə də bir “Osa” zenit raket kompleksi, üç BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, altı D-30, beş D-20 və bir D-44 topu, iki 2A36 “Qiasint-B” topu, bir minaatan, bir “Konkurs” tank əleyhinə raket kompleksi və altı avtomobil texnikası sıradan çıxarılıb.

Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib. Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 28-i saat 11:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər xəsarət alıb, 2338 ev, 92 çoxmənzilli yaşayış binası və 415 mülki obyekt yararsız vəziyyətə düşüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə islanmaq üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Oxşar xəbərlər