top
Gəncədə Mərkəzi Univermaqın 18 min manat zibil borcu yaranıb
Dünən, 11:38
- +

Gəncədə "Mərkəzi Univermaq"ın 18 min manat zibil borcu yaranıb

Gəncədə bu ticarət mərkəzinin 18 min manatdan artıq borcu yaranıb. 

Gencexeber.az-a Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) verilən məlumata görə, Gəncədə yerləşən "Mərkəzi Univermaq"ın quruma 18.267 manatdan artıq borcu yaranıb. 

Belə ki, Nizami Gəncəvi prospekti, 50 ünvanında yerləşən ticarət mərkəzi ilə MKTİB arasında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 01.01.2020-ci il tarixində aylıq 1000 manat xidmət haqqı nəzərdə tutulmaqla müqavilə bağlanıb. Lakin ticarət mərkəzi tərəfindən qeyd edilən tarixdən etibarən bəzi aylarda ödənişlər həyata keçirilməyib, xüsusilə 2026-cı ilin fevral ayından etibarən 7 aylıq xidmət haqqı üzrə hər hansı vəsait qurumun hesabına mədaxil edilməyib.

Bildirilir ki, bu günə kimi göstərilən xidmətlərə baxmayaraq, bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə həmin obyekt üzrə ümumilikdə 18267,84 manat məbləğində debitor borc yaranıb. Bununla bağlı dəfələrlə rəsmi və şifahi qaydada müraciətlər edilib.  

Əlavə olaraq bildiririk ki, "Mərkəzi Univermaq" böyük ticarət mərkəzinə bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsi məqsədilə obyektin yaxınlığında tutumu 1,1 kubmetr olan 6 ədəd konteyner yerləşdirilib. Həmin konteynerlərdən, həmçinin Nağıbəy Şeyxzamanov küçəsində yerləşən 52 mənzildən ibarət yaşayış massivinin məişət tullantılarının toplanması və daşınması məqsədilə istifadə olunur və tullantıların mütəmadi olaraq, hər gün daşınması təmin edilir. 

"Aparılan  hesablamalara əsasən, Nağıbəy Şeyxzamanov küçəsində yerləşən 52 mənzil üzrə bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə ümumilikdə 4288 manat məbləğində debitor borc yaranıb. 

Gəncə şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir daha əhali və qeyri-əhali qrupuna aid şəxslərdən xahiş edir ki, bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə, aylıq ödənişlər, həmçinin yaranan debitor borclar vaxtında ödənilsə MKTİB fəaliyyətində bu kimi axsamalar müşahidə olunmaz", – MİKTİB-dən bildirilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:37

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Bütün xəbərlər
Dünən, 15:53

Gəncəli şahmatçı Beynəlxaq yarışda birinci oldu

Bütün xəbərlər
Dünən, 14:02

Sabah yağış yağacaq, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

Gəncədəki universitetdə qəbul planı 100% dolub

Bütün xəbərlər
Dünən, 12:18

Bacısının 19 yaşlı sevgilisini öldürdü - 9 il 6 ay həbs edildi

Bütün xəbərlər
Dünən, 11:13

Gəncədə keçmiş sevgilisinin maşınının şüşələrini sındıran qadın CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 10:03

Gəncədə maşın marketə çırpılıb

Bütün xəbərlər
Dünən, 09:15

Həmcinsini bıçaqlamaqda şübhəli bilinən kişi saxlanılıb

İdman
Dünən, 08:47

"Kəpəz"in yetirməsi olan veteran futbolçu vəfat edib

Tarix
06 sentyabr 2026, 17:00

Gəncədə 200 illik tarixə malik türkəçarə: Nanə arağı

Bütün xəbərlər
06 sentyabr 2026, 13:00

Ana olmaq üçün son yaş həddi

Bütün xəbərlər
06 sentyabr 2026, 11:00

Gəncədə bacıların bitməyən məhkəmə prosesi

Bütün xəbərlər
05 sentyabr 2026, 18:00

Sakinlər qeydiyyata düşmürlər, zibili küçəyə atırlar - MKTİB

Bütün xəbərlər
05 sentyabr 2026, 16:43

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
05 sentyabr 2026, 14:12

III Moruq Festivalına start verilib

Bütün xəbərlər
05 sentyabr 2026, 13:34

Bazar günü Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
05 sentyabr 2026, 12:58

Müqəddəs məkan zibilliyə çevrilir – İmamzadədə ŞOK mənzərə

Bütün xəbərlər
05 sentyabr 2026, 11:01

Ötən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb

Bütün xəbərlər
05 sentyabr 2026, 10:17

Gəncədə velosiped sürənlərin sayı artır, zolaqlar isə azdır - ŞİKAYƏT

Bütün xəbərlər
04 sentyabr 2026, 18:00

Bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 sentyabr 2026, 17:33

Gəncədə iki ünvanda zibil problemi: sakinlər narazıdır

Bütün xəbərlər
04 sentyabr 2026, 17:07

"Kəpəz" - "Şamaxı" oyununa 10 mindən çox bilet satılıb

Bütün xəbərlər
04 sentyabr 2026, 14:56

Gəncəyə payız gəlir

Oxşar xəbərlər