Gəncəli daha bir məktəbli Respublika fənn müsabiqələrinin medalına sahib olub. Bu haqda 16 iyun tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
V.Veysəlov adına 30 nömrəli tam orta məktəbin şagirdi Aysun Hüseynova müsabiqədə biliklərini sınayıb. O, informatika fənnindən bürünc medal qazanıb.
Qeyd edək ki, Aysun VI sinif şagirdidir.