Gəncənin yetirmələri biricilikdə iştirak ediblər. Bu haqda 25 sentyabr tarixində Regional Gənclər və İdman idarəsinə istinadan xəbər veririk.
İdmançılarımız Kikboksinq idman növü üzrə Azərbaycan çempionatı və birinciliyinə qatılıblar. 12-13 yaşlılar arasında keçirilən yarışda Eltun Hümbətov 63 kiloqram, 9-10 yaşlılar arasında isə Məhəmməd Alıyev 26 kiloqram çəki dərəcəsində mübarizə aparıblar.
Birincilikdə kikboksçularımız Hümbətov I yer, Alıyev isə III yerə layiq görülüblər.
[modula id="46604"]