Gəncəli idmançı beynəlxalq yarışda qələbə qazanıb. Bu haqda 24 avqust tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalı keçirilib. Burada ölkəmizi təmsil edənlər arasında Gəncə güləş məktəbinin yetirməsi Gültəkin Şirinova da olub. Güləşçimiz 53 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
Gültəkin Şirinova bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.