Gəncəli daha bir idmançı beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edib. Bu haqda 20 sentyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 Dünya Çempionatı keçirilib. Burada Nizami yurdunun yetirməsi Gültəkin Şirinova ölkəmizi təmsil edənlər arasında yer alıb. O, üçüncü yerə layiq görülərək bürünc medalla təltif olunub.