Gəncədə məktəbli müsabiqədənkənar universitetə qəbul olunub. Bu haqda 26 avqust tarixində FRİTL-ə istinadən məlumat veririk.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzununun təhsil alacağı təhsil müəssisəsinin adı açıqlanıb. 2023-cü il məzunu Abbasqulu Zeynalov "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu" qaydasına əsasən, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsinə qəbul olunub.
Qeyd edək ki, Abbasqulu Respublika Fənn Olimpiadalarının gümüş medalçısıdır.