Gəncəli idmançı beynəlxalq turnirdə uğur qazanıb. Bu haqda 20 sentyabr tarixində Regional Gənclər və İdman idarəsinə istinadən məlumat veririk.
Macarıstanın paytaxtı Budapeşt şəhərində karate idman növü üzrə turnir keçirilib. Burada ölkəmizi təmsil edənlər arasında Cavad xan yurdunun yetirməsi Fərid Savadov da mübarizə aparıb. O, 60 kiloqram çəki dərəcəsində tatamiyə çıxıb.
Təmsilçimiz finaladək bütün rəqiblərini məğlub edərək gümüş medala layiq görülüb.