Gəncəli idmançı doğma şəhərə çempion olaraq qayıdıb. Bu haqda 2 sentyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
Türkiyənin İstanbul şəhərində kikboksinqin WAKO versiyası üzrə uşaq, yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Burada Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Baba Əli oğlu Abbaszadə də iştirak edib. O, 48 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
Təmsilçimiz bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub.