Gəncəli idmançı medal əldə edib. Bu haqda 17 avqust tarixində Gənclər və İdman idarəsinə istinadən xəbər veririk.
Niderlandın Rotterdam şəhərində Avropa çempionatı keçirilib. Burada Parataekvondo üzrə Nizami yurdunun yetirməsi İmaməddin Xəlilov iştirak edib. Təmsilçimiz bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Qeyd edək ki, o, 70 kiloqram çəki dərəcəsində yarışıb.