Gəncədə təhsil alan tələbə müsabiqədə qalib olub. Bu haqda 22 avqust tarixində ADAU-ya istinadən məlumat veririk.
Magistratura səviyyəsi üzrə Dövlət Proqramının qalibi açıqlanıb. Müsabiqədə Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu Hüseyn Kazımlı qələbə qazanıb. Bakalavr məzunu Ankara Universitetində Baytarlıq Cərrahiyyəsi (Veterinary surgery) ixtisasında magistratura səviyyəsi üzrə təhsil alacaq.