top
18 yaşlı həmyerlimizin səsi Finlandiyadan gəlir
03 aprel 2023, 17:45
- ↺ +

18 yaşlı həmyerlimizin səsi Finlandiyadan gəlir

Əslən Gəncəli gənc Finlandiyada müsabiqədə iştirak edir. Bu haqda Gencexeber.az 3 aprel tarixində məlumat verir.

Finlandiyanın Helsinki şəhərində yaşayan soydaşımız, 18 yaşlı Mona Savoyifar “Voice of Finland” (“Finlandiyasının Səsi”) beynəlxalq televiziya müsabiqəsinə qatılıb. Müsabiqədə iştirak edə biləcəyi xəbərini gənc Mona Bakıda yay tətilində olduğu vaxt alıb.

Gənc həmyerlimiz “Görmədən seçimlər”də Finlandiya müğənnisi Anna Puunun komandasında olmağa üstünlük verib və növbəti mərhələyə keçib. “Qarşıdurma”larda Mona rəqibi ilə bilikdə “Ain’t no mountain high enough” mahnısını ifa edib. Burada Anna Puu Mona ilə yarışı davam etdirmək qərarını verib. Yaxın günlərdə 18 yaşını qeyd edən soydaşımıza ustadı sürpriz edib. Anna Monanı münsiflər heyətinin kreslosuna əyləşdirərək digər ustadlarla birgə “Happy birthday” mahnısını ifa edib.

Gənc təmsilçimizin sözlərinə görə, o müsabiqədə 4 tur keçib. Monanın buradaki mübarizəsi artıq başa çatıb.

Həmyerlimiz deyir ki, yayda Gəncəyə nənəsigilə gəlir.

“2020-ci ildə, müharibə başlayanda mənim 15 yaşım var idi. Anam məni və qardaşımı vətənpərvər ruhda böyütmüşdü. O vaxt nədənsə Finlandiyada həqiqətləri çatdıran yox idi. Mən bunun üçün çox səylər göstərdim. Və bir gün, nəhayət, bunu bacardım. Məşhur yerli qəzetlərdən birində “Xocalıya Ədalət” məqaləmi yazdım və çap etdirdim. Bundan başqa mitinqlərdə fəal iştirak edirdim. Oxuduğum liseydə Azərbaycanımın mədəniyyətini tanıdıram. Hətta xalamın Gəncədən gətirdiyi paxlavanı uşaqlara və müəllimlərə paylamışdım. Keçən il məni diaspormuz Şuşaya dəvət etdi və mən oranı ziyarət etdim”, - deyə 18 yaşlı Mona bildirib.

Gəncin sözlərinə görə, o gələcəkdə Avroviziya musiqi yarışmasında çıxış etmək istəyir.

Gəncəxəbər.az redaksiyası olaraq soydaşımız Mona Savoyifara gələcək həyatında uğurlar və nailiyyətlər arzu edirik!

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
Bu gün, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
Dünən, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
Dünən, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
Dünən, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
Dünən, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
02 oktyabr 2026, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
02 oktyabr 2026, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
02 oktyabr 2026, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
02 oktyabr 2026, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Oxşar xəbərlər