top
“Uşaqlar bəzi incəlikləri başa düşmür” - Şəhid xanımı maddi çətinlikdən gileyləndi
28 oktyabr 2024, 20:00
- +

“Uşaqlar bəzi incəlikləri başa düşmür” - Şəhid xanımı maddi çətinlikdən gileyləndi

 

Xəbər verdiyimiz kimi Gəncədən bir qrup şagird Fermat Beynəlxalq Riyaziyyat (FMO) yarışmasına qatılaraq turnirin Vyetnamda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Həmin məktəblilər arasında şəhid Xuduş Kazımovun qızı Fatma Kazımova da var. Belə ki, Fatma sözügedən yarışda gümüş medal qazanaraq sertifikatla təltif edilib.

“Uşaqlar bəzi incəlikləri başa düşmür” - Şəhid xanımı maddi çətinlikdən gileyləndi

Gencexeber.az Fatmanın anası Əfsanə Kazımova ilə əlaqə saxlayıb, övladının qazandığı nailiyyətlə bağlı söhbət aparıb.

“Uşaqlar bəzi incəlikləri başa düşmür” - Şəhid xanımı maddi çətinlikdən gileyləndi

Şəhidin xanımı bildirdi ki, 3-cü sinifdə təhsil alan övladını xaricə göndərmək istəsə də, maddi durumu əlverişsizdir:

“Yarış Aqrar Universitetinin Ozon küçəsində yerləşən korpusunda keçirilib. Bu beynəlxalq yarış barədə bir yaxınımız məlumat verib. Mən də Fatmanın biliyinə güvəndiyim üçün istədim ki, yarışda iştirak etsin. Nəticədə qızım da uğur qazanmağı bacarıb, gümüş medal əldə edib. Bu yarışın keçirilməsinin məktəblə heç bir əlaqəsi yoxdu, “Global Olimpic Center” şirkəti tərəfindən təşkil olunub. Yoldaşım şəhid olduğu üçün övladlarımı tək böyüdürəm və maddi durumum Fatmanı Vyetnama yollamağa imkan vermir. Kömək olarsa, əlbəttə, övladımın getməsini istəyirəm. Mənim üçün böyük qürur olar ki, atasının işğaldan azad olunmuş ərazilərdə ucaltdığı bayrağı, qızım xarici ölkədə dalğalandırsın. Fatmanın özü də Vyetnama getməyə, finalda iştirak etməyə çox həvsəlidir. Amma təəssüf ki, uşaqlar bəzi incəlikləri başa düşmür”.

“Uşaqlar bəzi incəlikləri başa düşmür” - Şəhid xanımı maddi çətinlikdən gileyləndi

Əfsanə xanım bildirib ki, yoldaşı vəfat edəndə qızının 5, oğlunun isə 1 yaşı olub:

“Övladlarımız balaca olduğu üçün hansısa peşəyə yönəlmələri ilə bağlı söhbətlərimiz olmurdu. Ancaq həmişə deyərdi ki, “Allah mənə o imkanı versin ki, balalarım məndən nəsə istəyəndə ata olaraq onların qarşısında utanmayım, bütün arzularını yerinə yetirə bilim”.

“Uşaqlar bəzi incəlikləri başa düşmür” - Şəhid xanımı maddi çətinlikdən gileyləndi

Balaca qalibimiz isə redaksiyamızla sevincini bölüşərək gələcəkdə hakim olmaq istədiyini bildirib.

“Uşaqlar bəzi incəlikləri başa düşmür” - Şəhid xanımı maddi çətinlikdən gileyləndi

Qeyd edək ki, şəhid Kazımov Xuduş Həsən oğlu 8 sentyabr 1988-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində dünyaya gəlib. O, 2019-cu ilin may ayında MAXE hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. 44 günlük Vətən müharibəsinə qatılaraq Murov Zirvəsi və Kəlbəcər rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Hərbçimiz 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə yüksəlib. Onun 110 gündən sonra tapılan nəşi 2021-ci ilin 20 yanvarında Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib.

Humay İsgəndərli

“Uşaqlar bəzi incəlikləri başa düşmür” - Şəhid xanımı maddi çətinlikdən gileyləndi

“Uşaqlar bəzi incəlikləri başa düşmür” - Şəhid xanımı maddi çətinlikdən gileyləndi

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Elektron siqaretlərlə bağlı daha bir qadağa

Bütün xəbərlər
Dünən, 17:21

Gəncədə 72 ailənin yaşadığı bina çirkab sularına qərq olub

Bütün xəbərlər
Dünən, 15:28

"Xanımın dükanı" dördyolunda asfalt çəkilir

Bütün xəbərlər
Dünən, 15:05

Gəncədə sabah 40 dərəcəyə yaxın isti olacaq

Bütün xəbərlər
Dünən, 14:08

Mopedlərə rüsumlar müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:04

Bu məhsullar gömrük rüsumundan azad edilir

Bütün xəbərlər
Dünən, 10:40

Avropadan qayıdan cüdoçumuz təmtəraqla qarşılandı

Bütün xəbərlər
09 iyul 2026, 16:47

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

Bütün xəbərlər
09 iyul 2026, 16:17

Portuqaliyalı futbolçu "Kəpəz"ə qayıtdı

Bütün xəbərlər
09 iyul 2026, 15:46

198 min litr pivəni qeydiyyatsız istehsal etdilər

Bütün xəbərlər
09 iyul 2026, 14:33

Göygöldəki möhtəşəm tədbirin tarixi açıqlandı - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
09 iyul 2026, 13:01

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
09 iyul 2026, 11:58

Ötən gün ağır qəzada ölənlər

Bütün xəbərlər
09 iyul 2026, 11:17

Marketlərdə satılan sellofan paketlər bahalaşdı

Bütün xəbərlər
08 iyul 2026, 18:21

Gəncədə şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir

Bütün xəbərlər
08 iyul 2026, 13:13

"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Şəhid xanımı

Bütün xəbərlər
08 iyul 2026, 12:36

Gəncədə ərazi binanın tikintisi üçün qazılıb – 10 il keçib…

Bütün xəbərlər
08 iyul 2026, 09:38

Gəncədə turizm könüllüləri AXTARILIR

Bütün xəbərlər
07 iyul 2026, 16:57

"Kəpəz" futbolçusu ilə müqavilə müddətini uzatmayıb

Bütün xəbərlər
07 iyul 2026, 16:23

Xalq artistimizin 73 yaşı tamam oldu

Bütün xəbərlər
07 iyul 2026, 15:33

20 manatlıq rüsum ləğv edilir

Bütün xəbərlər
07 iyul 2026, 13:04

Ər maşından düşmək istəməyən arvadını döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
07 iyul 2026, 12:29

"Kəpəz" futbolçusu ilə vidalaşıb

Bizim fəxrimiz
07 iyul 2026, 11:56

Gəncəli strongmen Azərbaycan rekordu rəsmləşdirdi

Oxşar xəbərlər