top
Görkəmli gəncəli bəstəkarın anım günüdür
20 fevral 2025, 13:35
- +

Görkəmli gəncəli bəstəkarın anım günüdür

 

Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anım günüdür.

Gencexeber.az məlumat verir ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci ildə Gəncədə anadan olub. O, 1942-1943-cü illərdə Gəncə Filarmoniyasının və 1947-ci ildə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-59-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb.

SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib. Dahi bəstəkar bir çox operaların, baletlərin, operettaların, simfonik muğamların və süitaların müəllifidir.

Səhnə musiqisi sahəsindəki fəaliyyətinə “Ürəkçalanlar” və “Gözün aydın” operettaları ilə başlayan Fikrətin ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı “Nizami” simfoniyasıdır. 1948-ci ildə “Şur” və “Kürd ovşarı” simfonik muğamlarını yazıb. O, “Nəsimi” vokal xoreoqrafik poemasının, simfonik orkestr üçün “Azərbaycan qravürləri”nin, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamının, “Min bir gecə” nağılları əsasında eyniadlı baletin müəllifidir.

1965-ci ildə bəstəkar SSRİ Xalq artisti və 1982-ci ilin mayında Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Gəncəli gənclərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 13:00

Gəncədə yaşayış binalarının ortasında qanunsuz tikili - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:00

Gəncəli Əməkdar artist 5-ci ali diplomunu alıb

Bütün xəbərlər
Dünən, 16:43

208 borclu saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:36

Gəncəli şahmatçı dünya çempionatına qatılacaq

Bütün xəbərlər
Dünən, 14:44

Milli Qəhrəmanın atası vəfat edib

Bütün xəbərlər
Dünən, 13:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:35

Ayaqqabı istehsalı artıb

Bütün xəbərlər
Dünən, 11:33

Atasının kriminal aləmlə əlaqəsi olan yeniyetmə öldürüldü

Bütün xəbərlər
Dünən, 10:48

Gəncə yenidən mötəbər yarışa ev sahibliyi edir

Bütün xəbərlər
Dünən, 09:49

Bu gündən Gəncədə istilik mövsümü başlayır

Bütün xəbərlər
Dünən, 09:11

Gəncədə 17 yaşlı oğlanı maşın vurub öldürdü

Bütün xəbərlər
14 noyabr 2025, 18:00

Yaponlar Gəncədə "Netflix" üçün serial çəkdilər

Bütün xəbərlər
14 noyabr 2025, 17:33

"ARB TV"nin fəaliyyətinə xitam verilir

Bütün xəbərlər
14 noyabr 2025, 17:24

Gəncəli balası qızıl qopardı

Bütün xəbərlər
14 noyabr 2025, 17:11

Gəncədə yeni məktəb istifadəyə veriləcək

Bütün xəbərlər
14 noyabr 2025, 16:28

Qeydiyyatda olan işsizlərin sayı

Bütün xəbərlər
14 noyabr 2025, 15:51

Nikahların sayı azalıb

Bütün xəbərlər
14 noyabr 2025, 15:07

Meyvə-tərəvəz ixracı kəskin artıb

Bütün xəbərlər
14 noyabr 2025, 14:32

Türk şəhidini qonaq edən sakinimiz: "Gəncə son xatirəsi oldu…"

Bütün xəbərlər
14 noyabr 2025, 14:00

Sabah qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
14 noyabr 2025, 13:21

Gəncədə şəhid övladları üçün ödənişsiz tibbi yardım aksiyası keçirilib

Bütün xəbərlər
14 noyabr 2025, 12:19

Məktəblərdə payız tətili başlayır

Bütün xəbərlər
14 noyabr 2025, 11:48

Gəncədə 3 övladının anasını öldürməkdə şübhəli bilinən kişinin FOTOSU

Oxşar xəbərlər