Yeni Gəncə qəsəbəsində hərbçilərin və şəhid ailələrinin məskunlaşdığı şəhərcikdə binalardan birində lift işləmir.
Gencexeber.az-a bu barədə sakinlər tərəfindən şikayət daxil olub.
Sakinlər bildirir ki, uzun müddətdir işləməyən liftlərlə bağlı binanın komendantına şikayət etsələr də, heç bir nəticəsi yoxdur.
“Binada xəstə, yaşlı və uşaqlı sakinlər var, onlar üçün vəziyyət daha da çətindir. Komendant hər dəfə şikayətə cavab olaraq “düzəldiləcək” desə də, o günü görmək qismət olmur. Şəhərdəki əksər liftləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində Mərkəzləşdirilmiş Dispetçer Xidməti təmir edir. Həmin quruma da müracitə etmişik, lakin təəssüflər olsun ki, onlar da bizi aldadır, lift təmir olunmur. Binada lift var, amma istifadə edə bilmirsən, çox “gülməli” məsələdir. Aidiyyəti qurumlardan tələb edirik ki, problemi həll etsinlər”, - şikayətçilər bildirib.