top
Vahid tələbə kartlarının veriləcəyi VAXT AÇIQLANDI
31 oktyabr 2024, 17:30
- ↺ +

Vahid tələbə kartlarının veriləcəyi VAXT AÇIQLANDI

 

Xatırladaq ki, bir müddət əvvəl Təhsilin İnkişaf Fondundan bildirildi ki,   oktyabrın 15-dən etibarən 11 universitetdə vahid tələbə kartı tətbiq olunacaq.  Bir çoxları bunu səbrsizliklə gözləsə də, kartlar hələ də tələbələrə verilməyib.

Bəs bunun səbəbi nədir? Vahid tələbə kartlarının tətbiqi niyə gecikir?

Təhsilin İnkişafı Fondu Layihələrin idarə olunması şöbəsi İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis Nərgiz Qədirova Bizim.Media-ya açıqlamasında bildirib ki, kartlar Bakıya gətirilib:

“Kartların üzərinə məlumatlar yapışdırılır, bütün texniki prosedurlardan mərhələli şəkildə keçir”.

Qurum rəsmisi kartların tətbiq olunacağı 2 universiteti də açıqlayıb:

"Birinci gündən etibarən bu kartlar Bakı Dövlət Universitetinin və Bakı Mühəndislik Universitetinin tələbələrinə təqdim ediləcək. Daha sonra isə növbəli şəkildə digər universitetlərə də veriləcək”.

Bəs kartlar ilk olaraq neçənci kurslara veriləcək?

"İlk olaraq üstünlük I kurs tələbələrinə veriləcək. Çünki onların təqaüd məsələləri və s var. II, III və IV kurs tələbələrinin tələbə kartları olduğu üçün, onların kartları yenisi ilə əvəz ediləcək, təqaüdlərin gecikməsi ilə bağlı problem yaşanmayacaq. Düşünürəm ki, çox qısa zamanda bu kartlar bütün universitetlərə, bakalavr, magistratura, doktorantura tələbələrinə veriləcək. Proses 1-2 həftə çəkə bilər", - deyə Nərgiz Qədirova bildirib.

Qeyd edək ki, tələbə kartları tələbələr üçün xüsusi endirimləri, müxtəlif sahələrdə onların rahat istifadəsini nəzərdə tutur. Gələcəkdə isə bu, nəqliyyat, sosial və s. kimi xidmətlərə də şamil ediləcək.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər