top
Üçrəngli bayrağın Natiq ucalığı…
09 noyabr 2024, 15:54
- ↺ +

Üçrəngli bayrağın Natiq ucalığı…

 

Azərbaycan tarixində xüsusi yeri olan Dövlət Bayrağı günündə bayraq uğrunda canlarını fəda edən oğullarımızı, qəhrəmanlarımızı, minlərlə şəhidimizi rəhmətlə anırıq.

Bayrağı yox, canını fəda edənlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovdur. Bayrağımızı erməni daşnaqları arasında məğrurcasına daşımağını əks etdirən görüntü ilə tanınıb Natiq Qasımov.

Milli Qəhrəmanımızın həyat hekayəsinə nəzər yetirək:

Natiq Səlim oğlu Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyada hərbi xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə gedib. Ağdamda “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşüb.

1992-ci ildə isə 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir,  “Qarabağ şahinləri” qədim alban kilsəsində məskunlaşırlar. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır, yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Ermənilər onun bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilmirmişlər.

Sonda isə düşmən tərəfindən 20 Xocalı əsirinin güllələnməsi ilə təhdid olunan Natiq bayrağımızı bağrına basıb, kilsədən çıxmışdı…

Elə o məşhur foto da həmin an çəkilib. O foto ki, Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığınadək vəsf edib.

Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var. Bu il isə Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər