"Turan Tovuz"un heyət üzvü Denis Marandiçi əməliyyat olunub.
Gencexeber.az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Turan Tovuz" - "Sabah" oyununda ayağı qırılan Denis Marandiçi əməliyyat olunub.
Futbolçu bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılacaq.