Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “Ford” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edən və sosial şəbəkələrdə paylaşan B.Xudaverdiyev saxlanılıb.
Gencexeber.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Məlumata əsasən, həmin şəxs məhkəmənin qərarı ilə cərimə olunmaqla 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Bundan başqa Gəncə şəhərində polis əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı saxta dövlət qeydiyyat nişanları, qadağan olunan səs siqnallarından istifadə edən və avtomobilin konstruksiyanda dəyişikliyə yol verən sürücülər də müəyyən ediliblər. Həmin sürücülər barəsində də qanunamüvafiq tədbirlər görülüb.
Humay İsgəndərli