AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında "Turan Tovuz" futbol klubu cərimələnib.
Gencexeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi "Səbail"lə bərabərə qaldığı oyunda azarkeşlərin meydana kənar əşya atmasına görə 800 manat cərimə edilib.
Xatırladaq ki, noyabrın 9-u baş tutan "Turan Tovuz" - "Səbail" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.