Bu il ərzində Sosial Xidmətlər Agentliyinin (SXA) Gəncə-Daşkəsən regional filialına müraciət edən şəxslərin sayı açıqlanıb.
Gencexeber.az-a bu barədə filialın direktor vəzifəsini icra edən Hikmət Əmiraslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan 53 nəfər filiala müraciət edib:
“Müraciətçilərdən 6 nəfəri müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. 47 nəfər isə SXA-nın Gəncə-Daşkəsən regional filialı tərəfindən xidmətə götürülüb. Onlardan 6-nın əlilliyi müəyyən edilərək SXA-nın tabeliyində olan Peşə-əmək reabilitasiya mərkəzinə yönləndirilib, 1 nəfər isə "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”nə yerləşdirilib”.
Humay İsgəndərli