top
Şuşanın gəncəli fatehi: “Ermənilərin hamısını məhv etdik” - ÖZƏL MÜSAHİBƏ
14 noyabr 2024, 17:03
- ↺ +

Şuşanın gəncəli fatehi: “Ermənilərin hamısını məhv etdik” - ÖZƏL MÜSAHİBƏ

 

Gencexeber.az-ın əməkdaşı Vətən müharibəsində Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, cüdo üzrə beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmiş qazi Ruhin Əkbərli ilə həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik:

- Ruhin bəy, öncə özünüzü təqdim etməyinizi istəyərdim.

- Ruhin Feyyaz oğlu Əkbərli. 1996-cı ildə Gəncədə anadan olmuşam. “Tbilisi Educetion Academy”də təhsil almışam.

- Cüdo ilə tanışlığınız necə oldu?

- Cüdo idman növünə 5 yaşımdan başlamışam. İlk vaxtlar Rusiyada məşğul olmuşam. Məktəbdə idmanın təbliğatını apardıqları zaman marağım artıb. Daha sonra, bu barədə maraqlanıb, valideynlərimdən xahiş elədim ki, məni idmana aparsınlar. 9-cu sinifdə Azərbaycana gəldim. Azərbaycan yığma komandası tərkibində yarışlarda iştirak etmişəm. 2018-ə qədər. 2018-ci ildə zədəm olduğu üçün idmanı dayandırıb, müəllimlik etməyə başladım.

Amma sırf karyeramın başlanması 2012-ci illə bağlıdır. Yeniyetmələr arasında sambo üzrə açıq Avropa birinciliyində bürünc medal qazanmışam.

- Bu nailiyyətinizin arxasında hansı çətinliklər və maneələr dururdu?

- Ağır məşqlər, təlimlər. Bundan sonra, çəki salma prosesi, psixoloji hazırlıq mərhələləri. Bütün proseslər zəncirvari davam etməlidir.

- İdmandan sonra həyatınızda nələr dəyişdi?

- Hər bir professional idmançının arzusu odur ki, böyük arenalarda Azərbaycan bayrağını dalğalandırsın. Və mənim məqsədim də bu idi.

Sonradan məqsədlərim daha da genişləndi. İnsan yaşadıqca məqsədləri dəyişir. Məqsədlərinə çatdıqca daha da irəli getməyi arzulayır. Məndə də elə oldu.

- Yarışlara hazırlıq prosesi necə keçir?

- Yarışdan öncə məşq prosesləri stabil davam edir. Yarışa az vaxt qalmış məşqlər daha da ciddiləşir. Çəki aşağı salınır. Amma yarışa 2-3 gün qalmış isə bərpa müddəti olur.

- Cüdo karyeranızı bitirdikdən sonra idmanla əlaqəli hansı sahədə fəaliyyət göstərirsiniz?

- Karyeramı bitirdiyim vaxtdan bu zamana kimi Olimpiya İdman Klubunda  məşqçi kimi fəaliyyət göstərirəm.

- Cüdo ilə məşğul olmaq şəxsi həyatınıza necə təsir edib?

- Cüdo bir yaşam tərzidi. Hansı ki, insan sağlamlığında, insan həyatında ağır olsa da, çox böyük müsbət tərəfləri var. İntizamlı olmaq, sağlamlığa diqqət yetirmək, fiziki hazırlıq deməkdir.

Şuşanın gəncəli fatehi: “Ermənilərin hamısını məhv etdik” - ÖZƏL MÜSAHİBƏ

- Vətən müharibəsində iştirak etməyə necə qərar verdiniz?

- Mənim doğulduğum bölgədə döyüşlər başladıqdan sonra bu qərarı verdim. 44 günlük Vətən Müharibəsinə yola düşəndə Polad Həşimovdan sonra üzərimə borc düşdüyünü hiss edirdim.

- “Şuşa fatehi” deyirlər sizə. Bir az da döyüşlərdən danışaq. O zamanları təsvir edərdiniz.

- Bayraq qaldırmaq həmişə arzum olub. Allah qismət etdi ki, Şuşaya bayraq sancanlardan biri də mən oldum. Çağırışdan sonra N saylı hərbi hissədə bizə 1 ay təlim keçdilər. Oktyabrın 25-i bizi Füzuli istiqamətinə göndərdilər. Təzə alınmış əraziləri müdafiə edirdik. Noyabrın 3-ü isə Şuşa istiqamətinə göndərdilər. Şuşa əməliyyatı başladı. Topxana meşəsində bizi düşürdülər, ordan piyada yol qət etməli idik. Meşə ilə Daşaltına girdik. 8 saat meşə ilə yol qalxdıq. Şuşa yolunda komandir bizi 50 nəfərlik 3 qrupa böldü. Qarşıda gedən birinci qrup ermənilərlə qarşılaşdı. Atışma səslərini eşitdikdən sonra işlərimizi tezləşdirdik. Erməninin 70-80 nəfərlik heyəti var idi. Yaralı oldu, amma şükür ki, şəhid olmadı. Ermənilərin hamısını məhv etdik. 6-dan 7-ə keçən gecə artıq Şuşada idik.

Şuşanın gəncəli fatehi: “Ermənilərin hamısını məhv etdik” - ÖZƏL MÜSAHİBƏ

- Müharibədən sonra həyatınızda hansı dəyişikliklər oldu?

- Müharibədən sonra fiziki və psixoloji baxımdan çətinliklərim çox oldu. Bu da normal hal idi. Sadəcə, heç birindən peşman deyiləm. Hər şeyin öhdəsindən gəlməyi bacardım.

- Özünüzü necə motivasiya edirdiniz?

- Müharibədə yaranan travmalarım çətinlik yaradırdı. Öz şəxsi məşqçim Araz Muxtarov bunların öhdəsindən gəlməkdə mənə çox kömək oldu. İdmançı kimi karyeramı davam etdirə bilməsəm də, məşqçi olaraq işləməyimi təklif etdi. Bu, mənə bərpa olmağımda çox müsbət təsir göstərdi. 4 ildir ki, məşqçi kimi çalışıram. Tələbələrim region, respublika və beynəlxalq arenalarda öz sözlərini deyiblər. Mən də çox şadam ki, ölkəmiz üçün öz vəzifə borcumu həm idmanda, həm də döyüşdə yerinə yetirməyi bacardım.

- Qazi olaraq, gələcək nəsillərə hansı mesajları vermək istəyirsiniz?

- Gələcək nəsil üçün mənim məsləhətim odur ki, daima xalq, dövlət üçün layiqli vətəndaş olun. İstər təhsildə, istəsə də peşələrində bu ölkə üçün çalışsınlar.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər