Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Apa.аz xəbər verir ki, "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 1983-cü il təvəllüdlü T.Ramazanov, 1973-cü il təvəllüdlü İ.Şərifov və 1980-ci il təvəllüdlü S.Verdiyev xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.