Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobili ilə “Chevrolet” markalı minik maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.