Gəncəli qanuni oğru Ülfət Tağıyevə (Rufo Gəncinski) Rusiyanı tərk etmək üçün 3 gün vaxt verilib.
Gencexeber.az Rusiya mediasına istinadən məlumat verir ki, əvvəllər onun Rusiya Federasiyasına girişinə ömürlük qadağa qoyulub. Lakin Rufo Gəncinski heç bir problem olmadan yenidən Moskvaya qayıdıb.
Mənbə bildirir ki, dövlət qurumlarından birinin şöbəsi Tağıyevin adamları tərəfindən onun şəxsi göstərişi ilə təşkil edilmiş qanlı qarşıdurmalara və hücumlara görə yuxarı rəhbərlərdən töhmət alıb.
Qeyd edək ki, Rufo Gəncinski mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) "sağ əli" hesab olunub.