Qazaxda ölümlə nəticələnən yol qəzası olub.
Report xəbər verir ki, hadisə Çaylı kəndində qeydə alınıb.
Səmədov Elnur Mirzəli oğlu idarə etdiyi “Hova” markalı yük avtomobili ilə piyada, 1957-ci il təvəllüdlü Məmmədova Humayə Ocaxverdi qızını vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.