Ağstafaçay su anbarı Ermənistan tərəfindən çirkləndirilib.
Başlanğıcını Ermənistan ərazisindən götürən çaya plastik qablar, ərzaq və məişət tullantıları axıdılır.
Ermənilər bu yolla ölkəmizə qarşı ekoloji terroru davam etdirirlər. Suyun məqsədli şəkildə çirkləndirilməsi əkin sahələrinə və meyvə bağlarına ziyan vurur.
Qeyd edək ki, sözügedən anbar 1971-ci ildə istifadəyə verilib. Ağstafaçay su anbarından çəkilmiş 2 magistral kanal (uzunluğu 59 kilometr və 12 kilometr) vasitəsilə Qazax, Tovuz və Şəmkir rayonları ərazisində 74,1 min hektar sahə suvarılır.
Ətraflı AzTV-nin süjetində: